"Arşın mal-alan" operettası şagirdlərin təqdimatında

Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası 110 ildir Azərbaycan mədəniyyətinin bəzəyidir və onu dünyada tanıdır.

12.03.2024 –cü il, Yel çərşənbəsində məktəb-liseyin rus bölməsi üzrə 5E sinif şagirdləri "Arşın mal alan" əsərindən sujetləri səhnələşdirdilər.

Nəsillər bir –birini əvəz etsə də , zövqlər dəyişsə də “ Arşın mal alan “ öz təravətini saxlayır , insanlara xoş təbəssüm və hisslər bəxş edir. Milli –mənəvi dəyərlərimiz şagirdlərə mənimsədilir və təbliğ olunur.

Tədbir Yel çərşənbəsinə təsadüf etdiyindən şagirdlər Novruz adət-ənənələrinə də toxunmuş oldular. Qızlar tərəfindən milli şirniyyatların hazırlanması nümayiş olundu, oğlanlar isə Novruz adətlərini şeir formasında sadaladılar, ”Keçəl və kosanın“ qaravəllisini ardıcıl şəlikdə göstərdilər.

 Qazaxıstanda və Ərəb Əmirliklərində keçirilmiş yarışlarda Qızıl medala layiq görülmüş məktəb-liseyin şagirdi Yusifli Aylinin “Sarı gəlin“ in sədaları altında rəqs nömrəsi alqışlarla qarşılandı.

Xalqımız bir bayraq altında birləşərək böyük coşqu ilə Novruzu qarşılayır. Hər eldə, hər obada zəfər nəğməsi çalınır. Şagirdlərin vətənpərvər, Qarabağa çağırış xarakterli şeirləri tədbirimizi daha da gözəlləşdirdi.

Tədbir Abdinova Aylanın “Kəndimiz “ mahnısı ilə sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi