“Qol güləşi” yarışı keçirilib
Hər il martın 5- i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bununla bağlı məktəb-liseydə də silsilə tədbirlər həyata keçirilir.
İdman həftəsi çərçivəsində fiziki tərbiyə müəllimlərinin rəhbərliyi ilə qol güləşi yarışması keçirildi. Xüsusi maraqla qarşılanan yarışmaya 10 və 11-ci sinif şagirdləri cəlb edilmişdi. Bir neçə mərhələdə keçirilən yarışda şagirdlər öz yaşıdları ilə qol gücünü sınadılar.