İdman nailiyyəti olan idmançılarla görüş

05.03.2024-cü il tarixində birinci Avropa Oyunlarının qızıl medalçısı, İslam Həmrəylik Oyunlarının qalibi və digər böyük turnirlərin mükafatçısı, taekvondoçumuz Ayxan Tağızadə ilə 9-cu sinif şagirdlərinin görüşü olub.

İdmançımız şagirdlərə idmanın sağlam həyat tərzi üçün əhəmiyyəti, dövlətimizin bu sahəyə olan qayğısı və özünün idman uğurları haqqında ətraflı məlumatlar verdi, şagirdlərin suallarını cavablandırdı.

Görüş şagirdlərimizin marağına və sevincinə səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi