Əyləncəli idman viktorinası keçirilib
İdman həftəsi ilə əlaqədar tədbirlər planına uyğun olaraq məktəb-liseyin 3-cü sinif şagirdlərinin iştirakı ilə maraqlı oyunlar, estafet, müxtəlif əyləncəli idman yarışları və idman mövzusunda sual-cavab viktorinası formatında əyləncəli idman oyunları keçirilib.
Oyunların əsas məqsədi şagirdlər arasında idmanın təşviqi, onlarda idmana marağı artırmaq və sağlam gənc nəslin yetişdirilməsinə nail olmaqdır.