1 Mart-Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib

1 Mart-Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar məktəb-liseydə müxtəlif tədbirlər keçirilib.

Tədbirlərdə mülki müdafiənin məqsədi və əhəmiyyəti barədə şagirdlər məlumatlandırılıb. Həmçinin yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları şagirdlərə izah edilib.

Eyni zamanda fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə, dəm qazından zəhərlənmənin profilaktikası, "112" zəng xidmətindən istifadə mövzularında ətraflı məlumatlar verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi