“İmtahan həyəcanı və onun aradan qaldırılması yolları” mövzusunda seminar keçirilib

27 fevral tarixində məktəb-liseyin IX və XI sinif şagirdləri ilə “İmtahan həyəcanı və onun aradan qaldırılması yolları” mövzusunda psixoprofilaktik seminar keçirilmişdir. Seminarda Bakı şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin Psixoloji Xidmətin Təşkili bölməsinin rəhbəri Səidə Əhmədova və metodist Aysel Novruzova tərəfindən abituriyerntlərə elektron təqdimat nümayiş etdirildi.

Təqdimatda “İmtahan həyəcanı nədir? Onu necə aradan qaldırılmalı? İmtahan günü nə etməliyəm?” suallarına ətraflı cavablar və həyəcanı dəf etmək nəfəs texnikaları yer almışdı. Təlimatlandırıcı seminar interaktiv keçdi, şagirdlər onları narahat edən məsələlər barədə danışdılar. Abituriyentləri maraqlandıran suallar psixoloqlar tərəfindən cavablandırıldı.

Əziz abituriyentlər, yolunuz açıq, zehniniz iti olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi