Tarixin soyqırım zəncirində Xocalı faciəsi

Fevralın 26-da məktəb liseydə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş “Tarixin soyqırım zəncirində Xocalı faciəsi” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə məktəb liseyin rəhbərliyi, müəllimlər və 8-ci sinif şagirdləri iştirak edirdi.

Əvvəlcə Xocalı soyqırımı qurbanları və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Məktəb-liseyin tarix müəllimi Fatma Abasəliyeva məlumat verərək bildirdi ki, Xocalı faciəsini törətməklə ermənilər xalqımızın mübarizə əzmini qırmaq istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.

Məktəb-liseyin direktoru Almaz Bayramova da çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı soyqırımının dünyada tanıdılmasına yönəlmiş siyasətinin hər bir soydaşımız üçün nümunə olmasının vacibliyini qeyd etdi.

Tədbirdə şagirdlər şeir kompozisiyaları və təqdimatlarla çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi