"Xocalı qan yaddaşımızdır" mövzusunda inşa müsabiqəsi keçirilib
26 fevral 2024-cü ildə Binəqədi rayonu 83 Nli məktəb-liseydə 9-11-ci sinif şagirdləri arasında "Xocalı qan yaddaşımızdır" mövzusunda inşa yazı müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlərin dünya ictimaiyyətinə çatdırılması, onun beynəlxalq miqyasda soyqırım kimi tanıdılmasıdır. İnşa yazı müsabiqəsində 22 şagird iştirak edib. Qalib olan şagirdlər fəxri fərmanla təltif olunacaqlar.
"Xocalı" soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən qəddar cinayətdir.
Allah Xocalı qurbanlarına, eləcə də bütün şəhidlərimizə rəhmət etsin!