“Ana dilimiz sərvətimizdir” adlı tədbir keçirilib.

20 fevral 2024-cü ildə məktəb liseydə rus bölməsinin ibtidai sinif müəllimi Səbinə Seyidlinin təşkilatçılığı və 3E sinif şagirdlərinin təqdimatında “21 Fevral Beynəlxalq Ana dili Günü” ilə bağlı tədbir keçirilib.

Tədbirdə şagirdlərimiz qonaqları salamlayıb və Azərbaycan dilinin tarixi, keçdiyi inkişaf yolu, dilimizə dövlət tərəfindən göstərilən qayğıdan danışıblar.

Çıxış edən məktəb-liseyin direktoru Almaz Bayramova “Ana dili Günü”nün əhəmiyyətindən danışaraq hər bir xalqın Ana dilinin onun milli sərvəti, xalqın milli kimliyinin göstəricisi olduğunu söyləyib. Dilimizin qorunması və ən dəyərli xəzinə kimi gələcək nəsillərə miras olaraq ötürülməsini hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğunu vurğulayıb.

“Ana dilimiz milli sərvətimizdir”, “Ana dilimizi sevək-sevdirək” çağırışlarını səsləndirən şagirdlər doğma dilimizə həsr edilən şeirlər, mahnılar söyləyib, rəqslərini ifa ediblər. Şagirdlərimizin çıxışları, ifaları tədbirə öz rəngarəngliyini qatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi