Şagirdlərə “Yaşıl kartlar” verilib

Bildiyimiz kimi, 83 Nli məktəb-lisey “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” adlı pilot layihənin tətbiq olunduğu məktəblərdən biridir. Bu layihə təhsilalanların aşağıdakı hüquq və vəzifələrini təmin etmək məqsədi ilə ümumi təhsil müəssisələrində nizam-intizamı tənzimləyən qayda və prosedurları əhatə edir:

1. Fiziki təhlükəsizlik

2. Psixoloji sağlamlıq

3. Məktəbdaxili münasibətlər

4. Əlverişli öyrənmə mühiti

5. Azərbaycanın milli-mənəvi dəyərlərini əks etdirən müvafiq məktəb mühiti

Layihə şagird davranış qaydalarını, davranış səviyyələrini, korreksiyaedici və rəğbətləndirmə tədbirlərini birləşdirir. Layihə çərçivəsində hər yarımilin sonunda məktəb liseydə müəyyən edilmiş 3 meyar əsasında yarımil boyu heç bir qayda pozuntusuna yol verməyən və eyni zamanda öz akademik uğurları, nümunəvi davranışı, məktəb mühitində sosial fəaliyyəti ilə fərqlənən şagirdlər arasında dəyərləndirmə aparılır və müvafiq meyarlara cavab verən şagirdlər “Yaşıl kart” (Rəğbətləndirmə kartı) ilə təltif olunur.

2023-2024-cü tədris Ilinin birinci yarımilinin yekunlaşmasını nəzərə alaraq 20.02.2024-cü il tarixində məktəb-liseyin V-XI siniflərində təhsil alan şagirdlərinə Nizam İntizam Şurasının üzvləri və məktəb-liseyin rəhbərliyi tərəfindən “Yaşıl kart”

( Rəğbətləndirmə kartı) təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi