8 və 9-cu siniflərdə monitorinq keçirilib
Fevralın 19-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun təşkilatçılığı ilə məktəb-liseyin 8-ci və 9-cu siniflərində təlim dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq keçirilib.
Monitorinqin keçirilməsində məqsəd 8-ci siniflərdə müvafiq fənlər üzrə şagirdlərin bilik səviyyəsinin, 9-cu siniflərdə isə buraxılış imtahanlarına hazırlıq vəziyyətinin müəyyənləşdirilməsidir.