Ümumməktəb Valideyn iclası keçirilib

17 fevral 2024-cü il tarixində məktəb-liseydə 2023-2024-cü tədris ilinə aid 2-ci “ümumməktəb valideyn iclası” keçirilib. İclasın gündəliyində aşağıdakı əsas məsələlər qoyulub:

1. Birinci yarım ilin yekunu;

2. Saqlam psixoloji mühit və təhlükəsizlik;

3. Valideyn məsuliyyəti;

4. Cari məsələlər;

İclas çərçivəsində valideynləri maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb. Məktəbdaxili və məktəbdənkənar keçirilən monitorinqlərin nəticələri də valideynlərin diqqətinə çatdırılıb.

I-XI siniflər üzrə təşkil edilən valideyn iclaslarında fənn müəllimləri, məktəb rəhbərliyi, psixoloq iştirak edərək məktəb, valideyn əməkdaşlığının vacibliyindən, şagirdlərin təhlükəsizliyi üçün valideyn məsuliyyətinin artırılmasından, təlim nəticələrinin yaxşılaşdırılmasından danışıblar. Qeyd olunub ki, bu kimi məsələlərin ciddi diqqətdə saxlanılması baş verə biləcək hər hansı neqativ halların qarşısının vaxtında alınmasında, keyfiyyətli nəticələr əldə olunmasında təlim tərbiyənin təşkilinə dəstəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi