Məktəb-liseydə "Beynəlxalq Kitab Bağışlama Günü" qeyd olunub

Fevralın 14-ü Beynəlxalq Kitab Bağışlama Günüdür. Bu, təqvimdə ən gənc bayramlardan biri sayılır. Beynəlxalq Kitab Bağışlama Günü uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirən bir gündür.

 Bu gün məktəb-liseydə də qeyd olunub. Şagirdlərimiz siniflərdə bir- birinə kitablar hədiyyə etdilər. Valideynlər kitabxana fondunu öz hədiyyə kitabları ilə zənginləşdirdilər. Bu günün yaranma tarixi ilə bağlı siniflərdə şagirdlərə müəllimlər və kitabxanaçılar tərəfindən ətraflı məlumat verilib.

Sevindirici haldır ki, şadirdlərimizin kitabları, mütaliəni sevdiklərinin bu gün bir daha şahidi olduq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi