Məktəb-liseyin komandası qalibiyyət qazanıb

Elm və Təhsil Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “AzerGold” QSC və “Nar”ın birgə təşkilatçılığı ilə “20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Günü”nə həsr edilmiş maarifləndirmə kampaniyası çərçivəsində silsilə tədbirlər həyata keçirilib.

Bakı şəhər ümumtəhsil məktəblərində həyata keçirilən maarifləndirmə kampaniyanın əsas məqsədi müəllim, şagird və valideynlərin uşaq hüquqları sahəsində məlumatlılığını artırmaq və cəmiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltməkdən ibarətdir. Kampaniya çərçivəsində məktəblilər üçün uşaq hüquqlarına dair təlimlər və məlumatlandırıcı sessiyalar təşkil olunub, uşaqlar tərəfindən mövzu ilə əlaqədar müxtəlif tamaşalar səhnələşdirilib, komandalar şəklində uşaq hüquqlarına həsr olunmuş interaktiv yarış keçirilib.

Sonda uşaq hüquqlarının pozulması ilə nəticələnən hər hansı problemin həllinə yönəlmiş ən uğurlu təkliflər təqdim edən komandalar hədiyyələrlə mükafatlandırılıb.

Debat-forumda 83 nömrəli məktəb-liseyin komandası uğurlu çıxış edərək kubokun sahibi olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi