Uşaq hüquqları aylığı
20 noyabr dünyada Uşaq Hüquqlari Günü kimi qeyd olunur. Uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən bu əlamətdar gün hər il olduğu kimi bu il də ölkəmizdə müxtəlif tədbirlərlə qeyd olundu. "Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 20 oktyabr - 20 noyabr tarixlərində “Uşaq Hüquqları Aylığı” elan edildi. Bu münasibətlə 83 nömrəli məktəb-liseydə də silsilə tədbirlər təşkil olundu.
Əlamətdar gün münasibətilə məktəb-liseyin 8 və 9-cu sinif şagirdləri ilə maarifləndirici söhbətlər aparılıb,şagirdlər öz hüquqlarının qorunması, vəzifələrinin necə yerinə yetirilməsi ilə bağlı qrup müzakirələri apararaq təqdimatlar ediblər.