Ümumməktəb valideyn iclasları keçirilib

83 saylı məktəb-liseydə I-XI siniflərdə valideyn iclasları keçirilib.

İclaslarda təhsil və təlimlə bağlı məsələlər, tədrisdə daha uğurlu nəticələrə nail olmaq üçün valideynlərin qarşısında duran vəzifələr müzakirə olunub.
Tədris ilində qarşıda duran ümumi vəzifələr, il ərzində təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə şagirdlərlə aparılacaq işlər, uşaqların təlim-tərbiyəsində valideyn məsuliyyətinin artırılması, məktəb və ailənin birgə əməkdaşlığı və tələbkarlığı baxımından sinif rəhbərləri, valideynlər tərəfindən təlim müvəffəqiyyətinin şagird gündəliklərində izlənilməsi, şagirdlərin dərsə davamiyyəti, dərsə gecikmə  hallarının qarşısını almaq məqsədilə nizam-intizamın, məktəbli formasının və məktəb əmlakının qorunmasının nəzarət altında saxlanılması iclasın gündəliyində qoyulan əsas məsələlərdən idi. 

İclaslarda, eyni zamanda tədris proqramında olan yeniliklər haqqında da məlumat verilib, valideynlərin təklifləri dinlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi