"44 Gün 23 Saat 43 Dəqiqə"

Məktəb-liseydə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov, Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Günay Qurbanova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və şöbənin əməkdaşı, baş məsləhətçi Leyla Quliyeva , şəhid ailələri, müəllim və şagirdlər iştirak ediblər. Öncə şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Daha sonra tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan 83 nömrəli məktəb-liseyin direktoru Almaz Bayramova möhtəşəm qalibiyyətin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına  malik qəhrəman Azərbaycan əsgər və zabitlərinin əvəzsiz rolu olduğunu diqqətə çatdırıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov Azərbaycan əsgərinin rəşadəti və xalqımızın birliyi nəticəsində 8 noyabrın şanlı tariximizə Zəfər Günü kimi daxil olmasından bəhs edib. Bildirib ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda misilsiz qəhrəmanlıq göstərdiyi Vətən Müharibəsi, lokal antiterror əməliyyatları və ordumuzun dünya hərb tarixində açdığı yeni səhifənin təbliği, gələcək nəsillərə tanıdılması üçün hər kəs öz cəbhəsində töhvələr verməyə çalışır. Binəqədi RİH başçısının müavini Sevinc Süleymanova Qarabağın incisi Şuşanın noyabrın 8-də 28 illik əsarətdən qurtarılması və xalqımızın döyüş əzminin, qüdrətinin təntənəsinə çevrilən bu misilsiz qələbəsinin Prezident İlham Əliyevin sərəncamı ilə qürurla qeyd edilməsinin tariximizin ən parlaq səhifələrindən biri olduğunu nəzərə çatdırıb. Şəhid anaları şəhidlərimizin vətən sevgisindən, döyüşlərdə göstərdikləri şücaətlərdən danışıb, onlarla qürur duyduqlarını söyləyiblər. Vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsinin daim qəlblərdə yaşayacağını, onların göstərdiyi fədakarlıqların, qəhrəmanlıqların heç zaman unudulmayacağını bildiriblər.

Tədbir şagirdlərin ifasında şanlı zəfərimizdən bəhs edən ədəbi-bədii kompozisiyalarla davam edib.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi