"Zəfər yolu" inşa müsabiqəsi

Ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdləri arasında “Zəfər yolu” inşa müsabiqəsinə start verilib. İnşa müsabiqəsi Təhsil Nazirliyi, Heydər Əliyev Fondu və Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı ilə keçirilir. Müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil olunacaq. Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd ölkənin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqinin aparılması, Azərbaycan Ordusunun tarixi qələbəsi barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, habelə Zəfər Gününün ölkənin təhsil müəssisələrində yüksək səviyyədə qeyd olunmasını təmin etməkdən ibarətdir. Bu məqsədlə məktəb-liseyin VIII-XI sinif şagirdləri arasında "Zəfər yolu" mövzusunda inşa müsabiqəsinin məktəb mərhələsi  keçirilib.

Müsabiqənin nəticələrinə görə I, II və III yerlərə layiq görülmüş şagirdlər diplomlarla təltif olunacaqlar. 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi