IX siniflərdə monitorinq keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin Keyfiyyətinə Nəzarət Sektoru tərəfindən ümumi təhsil müəssisələrinin IX siniflərində Azərbaycan dili, riyaziyyat və ingilis dili fənnləri üzrə monitorinq keçirildi. Monitorinqin əsas məqsədi şagirdlərdə bilik və bacarıqların formalaşma səviyyəsini müəyyən etmək, buraxılış imtahanlarının nəticələrinə mənfi təsir edən səbəbləri aşağı siniflərdən aşkar etmək və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdan ibarətdir. Təhsilalanlara Azərbaycan dili üzrə 6-sı açıq sual olmaqla 30, riyaziyyat fənni üzrə 10-u açıq sual olmaqla 25, xarici dil üzrə isə 4-ü açıq olmaqla 30 sual təqdim olundu. Sualların cavablandırılması üçün 150 dəqiqə vaxt verildi. Qeyd edək ki, nəticələr bal və məzmun təhlili formasında şagirdlərə və fənn müəllimlərinə təqdim olunacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi