Məktəbə qayıdış
15.09.2023- cü il tarixdə 83 nömrəli məktəb-liseydə ənənəvi Bilik Günü qeyd edilib. Tədbir dövlət himninin səslənməsi ilə başlayıb. Məktəb liseyin direktoru müəllimləri, şagirdləri və valideynləri salamlayaraq, onları yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib. Tədbirdə iştirak edən Bakı Şəhəri Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Binəqədi rayonu İcra Hakimiyyətinin şöbə müdiri Rauf Həsənov çıxış edərək yeni tədris ilində şagirdlərə təhsil uğurları diləyiblər. Sonra söz birincilərə verilib. Tədbirin sonunda ilk zəngin çalınması ilə şagirdlər məktəbə daxil olublar.