XXVII SPARTAKİADANIN DÖRDNÖVÇÜLÜK (QIZLAR,OĞLANLAR) ÜZRƏ YARIŞIN NƏTİCƏLƏRİ
Aprelin 22-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVII spartakiadanın proqramına daxil olan qızlar arasında dördnövçülük növü üzrə yarış keçirilmişdir. Yarışın proqramına 60 m məsafəyə qaçış, uzunluğa tullanma, top atma və 500 m məsafəyə kross qaçışı növləri daxildir. Yarışın nəticəsinə görə Binəqədi rayonu 83 nömrəli məktəb-liseyin məktəbin komandası VI yeri tutmuşdur.Aprelin 24-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVII spartakiadanın proqramına daxil olan oğlanlar arasında dördnövçülük növü üzrə yarış keçirilmişdir. Yarışın proqramına 60 m məsafəyə qaçış, uzunluğa tullanma, top atma və 800 m məsafəyə kross qaçışı növləri daxildir. Yarışın nəticəsinə görə Binəqədi rayonu 83 nömrəli məktəb-liseyi məktəbin komandası VIII yeri tutmuşlar.