Məktəb-liseyin şagirdləri ADPU-da

19.05.2023-cü il tarixində məktəb-liseyin 8-9-cu sinif şagirdlərinin bir qrupu və məktəb liseydə pedaqoji təcrübə keçən tələbələr kimya müəllimi Akif Teylinin rəhbərliyi ilə Kimya FM-nin aylıq planına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetində ekskursiyada olmuşlar. Şagirdlərimizi universitetin Məzun Koordinasiya və kariyera şöbəsinin rəhbəri Əsgərova Könül qarşılamışdır.O təhsil ocağının tarixindən, fəaliyyətindən, universitetin fəxri məzunlarından, orada çalışmış və indi də fəaliyyət göstərən professor-müəllim heyəti haqqında məlumat vermişdir. Eyni zamanda universitetin Tədris departamenti,Tədriş şöbəsi, fakültələri haqqında, xüsusən kimya –biologiya fakültəsi haqqında şagirdlərə geniş məlumat verilmişdir. Şagirdlərimiz universitetin Heydər Əliyev muzeyində olmuşlar. Muzeyin əməkdaşı Sahilə Nəcəfova şagirdlərimizi muzeydə olan eksponatlarla tanış etmişdir.Şagirdlərimiz Elektron Kitabxanada olan kitablar və çap məhsulları ilə də tanış olmuşlar. Zoologiya muzeyində isə muzeyin əməkdaşı Zəminə Məlikova şagirdlərimizi muzeydə olan eksponatlarla tanış etmişdir. Kimya-biologiya fakültəsində dekan müavini dosent Kərəm Quliyev fakültəyə daxil olan kafedralar və laboratoriyalar haqqında məlumat vermişdir.Şagirdlərimiz Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının laboratoriyasında təqdim olunan kimyəvi təcrübələri maraqla müşahidə etmişlər. Sonda şagirdlər ekskursiyadan xoş təəssüratla ayrılmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi