Gənc İqlim Çempionları 2023-ün ilk konfransı

05.05.2023 tarixdə 83 nömrəli məkrəb-liseyin akt zalında “Green School” adlı layıhənin konfransı keçirildi. Bu konfrans Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi və İDEA ictimai birliyinin təşkilatçılığı, Azərbaycan Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilmiş “Gənc İqlim Çempionları” adlı müsabiqədə qalib olmuş məktəb-liseyin 8-10 cu sinif şagirdlərinin yaratdığı “Green School ” layihəsinin ilk konfransı idi və konfransın təşkilatçısı da məhz şagirdlər özləri oldu. Konfransda Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin siyasi şöbəsinin müdiri və konsul Edward Crymble, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin siyasi şöbəsinin əməkdaşı Nazim Süleymanov, İDEA ictimai təşkilatının müşaviri Fatimə Əliyeva, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əməkdaşı Səkinə Ağalarova, 30 N-li tam orta məktəbin direktoru Həcər Mahmudova, 115 N-li tam orta məktəbin direktor müavini, 83 N-li məktəb-liseyin direktoru Almaz Bayramova, direktor müavinləri, hər 3 məktəbdən biologiya, cografiya müəllimləri və layihənin könüllüləri iştirak edirdi. Konfrans 2 hissədən ibarət idi. Birinci hissədə ilk olaraq layihənin lideri məktəbin ingilis dili müəllimi Səbinə Eminova çıxış edərək layihənin yaradılma səbəblərindən danışdı və layihə iştirakçılarını təqdim etdi, daha sonra Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin siyasi şöbəsinin müdiri və konsul Edward Crymble çıxış edərək şagirdlərə böyük ümidlər bəslədiyini bildirdi və onlara uğurlar arzuladı. Sonra Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əməkdaşı Səkinə Ağalarova çıxış edərək “Green School”çuların gələcəyimiz üçün çox böyük addım atdıqlarını söylədi. Məktəb-liseyin direktoru Almaz Bayramova çıxış edərək layihə iştirakçılarına onlarla qürür duyduğunu dedi və hər zaman onları dəstəklədiyini bildirdi. Daha sonra “Green School” layihəsinin nümayəndələri ekoloji problemlər və onların həll yolları haqqında apardıqları araşdırmalardan ibarət maraqlı təqdimatlarla çıxış etdilər, apardıqları təcrübələri konfrans iştirakçıları ilə bölüşdülər. Daha sonra qısa ara verildi və qonaqlar çay-kofe fasiləsinə dəvət edildi. Konfransın ikinci hissəsində layihə nümayəndələri gələcək planları haqqında danışdılar və məktəbin həyətində açacaqları “Green School” bağının 3D versiyasını qonaqlara təqdim etdilər. Sonra ümumi müzakirələrə start verildi, tamaşaçılar müxtəlif fikirlər irəli sürdülər. Sonda növbəti dəfə hər 3 məktəbin könüllülərinin də iştirakı ilə dəyirmi masa keçiriləcəyi bildirildi.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi