Heydər Əliyev və Müstəqil Azərbaycan

4 aprel 2023-cü il tarixində məktəb liseydə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda konfrans keçirildi. Konfransda məktəb liseyin rəhbərliyi, tarix müəllimləri və 9-11-ci sinif şagirdləri iştirak edirdilər. Konfrans Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və dövlət müstəqilliyimiz, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Dövlət Himninin səslənməsindən sonra açıq elan olundu. Tədbiri giriş sözü ilə açan məktəb liseyin direktoru Almaz Bayramova “Heydər Əliyev ili” çərçivəsində keçirilən məktəb liseydə keçirilən tədbirlərdən məlumat verdi və qeyd etdi ki, əsl millət fədaisi olan Ulu Öndərimizin əziz xatirəsi daim böyük ehtiramla, rəğbətlə xatırlanır. Vətəni və xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd edilir. Sonra tarix müəllimləri çıxış edərək Ulu öndərin misilsiz xidmətləri ,fəaliyyəti haqqında şagirdlərə geniş məlumat verdilər və qeyd etdilər ki, ümummilli lider Heydər Əliyevin xalqın birliyi yolunda göstərdiyi fəaliyyəti hər bir soydaşımız üçün örnəkdir. Müstəqil Azərbaycan Heydər Əliyevin əbədiyaşar ideyaları və zəngin siyasi irsi əsasında tarixi nailiyyətlərə imza atır. Ulu öndər Heydər Əliyev cəsarətli və yaradıcı dövlət xadimi kimi yaddaşlarda iz qoyub. O, tarixdə Azərbaycan xalqının Ümummilli Lideri, dünya miqyaslı ictimai-siyasi xadim, böyük mütəfəkkir, müstəqil Azərbaycan dövlətinin qurucusu, dövlətin inkişaf strategiyasının əsasını qoyan, azərbaycançılıq ideologiyasını yaşadan, Azərbaycan xalqının iradəsini ifadə edən siyasi lider kimi qalacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi