Gənc Hüquq Müdafiəçiləri

“Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin şifahi çıxışlardan ibarət mərhələsi keçirilib.

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində təşkil olunmuş tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin sədri İslam Əliyev, Yasamal Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Təravət Muradova, “ELSA Azərbaycan”ın prezidenti Rəhim Abasov, “ELSA Azərbaycan” səhnələşdirilmiş məhkəmə müsabiqələri üzrə vitse-prezident Nərminə Hüseynzadə, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, mentor tələbələr və şagirdlər iştirak ediblər. “Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin şifahi çıxışlardan ibarət mərhələsinin dörddəbir turu keçirilib. Bu mərhələdə 2 şagird və 1 tələbədən ibarət olmaqla, ümumilikdə 8 komanda iddiaçı və cavabdeh kimi çıxış edib. Nəticədə 83 nömrəli məktəb-liseyin şagirdlərindən ibarət komanda dörddə bir finalın qalibi olaraq qalib komandalar sırasında növbəti mərhələyə vəsiqə qazanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi