Heydər Əliyevin ömür yolu

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən məktəbin 4A sinfində “Heydər Əliyevin ömür yolu” adlı tədbir keçirilmişdir. Tədbirdə uşaqlar Heydər Əliyevlə bağlı şeirlər söyləyib, təqdimatlar etdilər. Ulu Öndərin kəlamları ilə bağlı keçirilən yarış isə tədbirə xüsusi maraq qatdı. Riyaziyyat fənninə inteqrasiya olunmuş bu yarışda şagirdlər düzgün tapşırıqların cavabları yazılmış sözləri birləşdirərək Heydər Əliyevin kəlamlarını tapdılar. Qazanan qrup mükafatlandırıldı. Sonda Heydər Əliyevin söylədiyi “Azərbaycan” şeirinin digər bəndləri də uşaqlar tərəfindən söylənilərək tədbir yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi