Gənc İqlim Çempionları
Böyük Britaniya səfirliyi və IDEA İctimai Birliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə dəstəyi ilə 8-11-ci sinif şagirdlərini “Gənc İqlim Çempionları” müsabiqəsində iştirak etmək məqsədi ilə 83 nömrəli məktəb-liseyin dəyişiklik etmək, dünyada və Azərbaycanda iqlim dialoqunun bir hissəsi olmaq istəyən şagirdlərdən ibarət
komandası məktəbin və yerli icmanın karbon izlərini azaltmağa kömək edəcək layihə təklifini irəli sürmək qərarına gəldilər.Layihənin adı "Green School"dur. Layihənin fəaliyyət istiqamətlərinə maarifləndirmə və təbliğat kampaniyaları, təmizlik aksiyaları, emissiyaları azaltmaq üçün fəaliyyətlər daxildir. Şagirdlərimizin bu layihəsi qəbul olundu. Şagirdlərimizə və bu işdə əməyi keçən müəllimlərə təşəkkür edirik.