Sağlam qidalanma
01.03.2023-cü il tarixində məktəb-liseyin psixoloqu və həkimi ibtidai sinif şagirdləri arasında Sağlam qidalanma ilə bağlı maarifləndirici söhbət apardılar. Şagirdlərə sağlam qidalanmanın faydaları, ayaqüstü yeməklərin zərəri, bununla yanaşı gigiyenik qaydalara əməl etməyin vacibliyi barədə məlumat verildi. Şagirdlərin də fikirləri dinlənildi, sualları ətrafında müzakirə aparıldı.