Səhər gimnastikası
27 fevral – 3 mart tarixlərində "5 Mart – Bədən Tərbiyəsi və İdman Günü" ərəfəsində Elm və Təhsil Nazirliyi tərəfindən ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsi keçiriləcək. Layihə çərçivəsində tərtib edilmiş proqrama uyğun olaraq məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, müsabiqələr, yarışlar, maarifləndirmə görüşləri, şagirdlərin mükafatlandırılması və digər tədbirlər təşkil ediləcək. Bu məqsədlə 27 fevral 2023-cü il tarixdən 83 nömrəli məktəb-liseydə idman həftəsinə start verildi. Həftənin birinci gününə nəzərdə tutulmuş tədbirlər planına uyğun l dərs saatlarında bütün siniflərdə səhər gimnastikası keçirilmişdi.