Multikultural dəyərlər
Azərbaycan Respublikasl Prezidentinin 2016-cı il 11 mart tarixli Sərəncamına uyğun olaraq 2016-cı il – Azərbaycanda "Multikulturalizm ili" çərçivəsində Binəqədi rayonunun ümumtəhsil məktəblərində “Tolerantlıq, Multikulturallıq, Həmrəylik!” adlı yaradıcılıq müsabiqəsi keçirilir. Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və rayon Gənclər və İdman İdarəsi tərəfindən həyata keçirilən bu müsabiqədə 83 nömrəli məktəb-liseyin şagirdləri “Multikulturalizm və tolerantlıq” mövzusunda təqdimatla çıxış etmişlər. Şagirdlərin təqdimat və çıxışlarında Azərbaycanın əsrlər boyu müxtəlif millətlərin sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşadığı ölkə kimi tanındığı, bu gündə ölkədə tolerantlıq prinsiplərinə əsaslanan siyasət aparıldığı bir daha vurğulanmışdır.