İşğaldan azad olunmuş torpaqlarda itirdiyimiz sərvətlərimiz
20.02.2023-cü il tarixində məktəb-liseydə "İşğaldan azad olunmuş torpaqlarda itirdiyimiz sərvətlərimiz" mövzusunda təqdimat müsabiqəsi keçirilmişdir. Müsabiqədə məktəb-liseyin VII-VIII sinif şagirdləri iştirak etmişlər. Müsabiqəni UBT rəhbəri Səyyarə Alıyeva açıq elan edərək iştirakçılara müsabiqə şərtləri haqqında məlumat vermişdir. Şagirdlər öz təqdimatlarında ermənilərin işğal etdiyi torpaqlarda törətdiyi ekoloji terror, tarixi abidələrə vurduğu maddi və mənəvi zərərlər barədə geniş məlumat verdilər. Müsabiqədə iştirak edən şagirdlər üç meyar əsasında qiymətləndirilməklə birinci, ikinci və üçüncü yerlərə layiq görülmüşlər. Müsabiqənin qiymətləndirmə komissiyasının üzvlərindən tarix fənn müəllimi Pakizə Zöhrəbəyova və coğrafiya fənn müəllimi İdris Abıyev şagirdlərin tarixi və coğrafi faktlara dəqiqliklə yanaşmasını tövsiyə etdilər. Məktəbin direktoru Almaz xanım Bayramova şagirdlərin yaradıcı işlərinə dövlətimizin dəstəyindən, həmçinin məktəb-liseydə yaradılan şəraitdən danışmış, şagirdlərə bu imkandan yararlanaraq daha səylə çalışmağı tövsiyə etmişdir. Müsabiqənin keçirilməsində məqsəd ermənilərin Azərbaycana vurduğu maddi və mənəvi zərərlər haqqında şagirdlərin məlumatlandırılması, onlarda vətənin təbii sərvətlərinə qayğı və diqqətin formalaşdırılması idi.