Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə məktəb-liseyin tərbiyə işləri üzrə direktor müavini Aybəniz Əliyeva və tarix müəllimi Nərgiz Novruzovanın təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan”,”Biz sabaha inaniriq” mövzusunda təqdimat keçrilmişdir.Təqdimatda çıxış edən məktəb-liseyin direktoru bildirib ki, Ulu Öndər Heydər Əliyev yalnız Azərbaycanın deyil, dünya tarixinə daxil olmuş şəxsiyyətdir. O, qəlbini canından çox sevdiyi xalqının səadəti uğrunda məşəl kimi yandıraraq insanların yoluna nur çilədi. Bu yolda alovlu mübarizədən, çətin sınaqlardan alnıaçıq, üzüağ çıxdı. Çünki mənən güclü idi. Onun siyasi fəaliyyəti, Vətəninə, xalqına təmannasız, müqəddəs münasibəti güclü bir məktəb, tükənməz xəzinədir. Gələcək nəsillər bu məktəbdən hələ çox şey öyrənəcək, bu xəzinədən bəhrələnəcəklər. Heydər Əliyev müasir demokratik Azərbaycanı yaratdı, onu dünyanın nüfuzlu ölkəsinə çevirdi. Onun adı Azərbaycan tarixinə görkəmli ictimai-siyasi xadim, müstəqil dövlətimizin memarı, uzaqgörən siyasətçi, vətənpərvər və qayğıkeş bir rəhbər kimi yazıldığını bildirdi.Sonra tərbiyə işlər üzrə direktor müavini Aybəniz Əliyeva çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə irəlləyir və yaşayır. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır. Azərbaycanda bu gün ümummilli liderimizin ideyaları nəinki yaşayır, hətta daha geniş şəkildə həyata keçirilir. Böyük öndərimizin başladığı, lakin axıra çatdıra bilmədiyi işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Sonda məktəb-liseyin tarix müəllimi Nərgiz Novruzovanın təqdimatla çıxış etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi