"Parlaq Zəka" İntellektual oyun
23 aprel 2015-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilati dəstəyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan İntellektual Oyunlar Klubu tərəfindən "Parlaq Zəka" İntellektual oyununu məktəb-liseyin direktoru Nəbi Mahmudov və tərbiyə işlər üzrə direktor müavini Aybəniz Əliyevanın təşkilatçılığı ilı Binəqədi rayonu üzrə 83 nömrəli məktəb-liseydə baş tutub. Binəqədi rayonu 246,299,83,126,267 nömrəli məktəblərin komandaları iştirak etmişdilər.Hər komanada 5 nəfərdən (VIII,X sinif şagirdlərdən), 5 mərhələdə (1-ci mərhələ Xan dövrü,2-ci mərhələ Azərbaycan etimalogiyası,3-cü mərhələ Azərbaycan kinosu 4-cü mərhələ İdman sahəsi 5-ci mərhələ Mirzə Ələkbər Sabir) təşkil olunmuşdur.Yekunda məktəb-liseyin komandası II yerə layiq görülmüş və diplomlarla təltif olunmuşdular.Komanda üzvülərini məktəb-liseyin pedaqoji kollektivi təbrik edir,şələcək işlərində dahada fəal olmağlarını arzulayırlar.