"Qadınlar STEAM-də" festivalı
Dünyada STEM (Science - Elm, Technology - Texnologiya, Engineering - Mühəndislik, Math - Riyaziyyat) sahəsində fəaliyyət göstərən araşdırmaçıların yalnız 30%-ini qadınlar, STEM sahəsində təhsil alan tələbələrin isə 35%-ini qızlar təşkil edir. Azərbaycanda bu göstərici ortalamadan nisbətən yüksəkdir və 45% təşkil edir. Qızlar hələ STEM sahəsində yollarına təzə başlayarkən bir çox maneələrlə qarşılaşırlar. Bu maneələri aradan qaldırmaq və qızların və qadınların bu sahədə möhtəşəm işlər görə biləcəyini göstərmək üçün BMT-nin İnkişaf Proqramı və ABŞ Beynəlxalq İnkişaf Agentliyi "Qadınlar STEM-də" (Women in STEM) kampaniyasını başladıb. Kampaniyanın vacib hissələrindən biri də ölkədə STEM sahəsi üzrə uğur qazanmış xanımların hekayələrini ictimaiyyətə çatdırmaqdır. Bu məqsədlə Port of Bakuda 28- 29 yanvar tarixində tədbir keçirildi. Məktəb-liseyin 7 və 8 ci siniflərində təhsil alan qızlarımız da bu tədbirdə iştirak etmişlər. Şagirdlər ölkəmizdə uğur qazanan qadınların “Uğur hekayələrini” maraqla dinlədilər. Təşkil edilən sərgidə də şagidlərimiz iştirak etdilər.