"Vətən yaraları" dəyirmi masa
Məktəb-liseydə 7- dən 17- yə vətənpərvər layihəsi çərçivəsində bədii əsərin müzakirəsi keçirildi.
23.01.2023-cü il tarixində məktəb-liseyin 9B sinif şagirdləri Mir Cəlalın "Vətən yaraları" hekayəsinin təhlili ilə bağlı dəyirmi masa keçirdilər. II Dünya müharibəsinə həsr olunmuş, müharibənin ən qızğın çağlarında qələmə alınmış "Vətən yaraları" hekayəsində müharibə insanları məhv etsə də, onların arzu və istəklərini yarımçıq qoysa da, qəlblərindəki əziz, şirin xatirələri, müqəddəs hissləri məhv edə bilmədiyi şagirdlərə aşılandı. Ümumiyyətlə, Mir Cəlal hekayələrində müharibə siyasətini pisləmək, xalqları zülmə, əsarətə, haqsızlığa qarşı, sülh və azadlıq uğrunda mübarizəyə çağırış ideayasının əsas olduğu vurğulandı.