Şeir müsabiqəsi

16.01.2023-cü il tarixdə məktəb-liseydə "20 Yanvar faciəsi xalqımızın qan yaddaşıdır" adlı şeir müsabiqəsi keçirilmişdir. Müsabiqədə 11-14 yaş qrupundan olan şagirdlər iştirak etmişdir. Məktəb-liseyin direktoru Almaz xanım Bayramova 20 Yanvar faciəsi haqqında şagirdlərə məlumat vermiş, bu münasibətlə məktəbdə keçirilən silsilə tədbirlərin əhəmiyyətindən danışmışdır. Məktəb-liseyin UBT rəhbəri Səyyarə Alıyeva müsabiqənin şərtləri haqqında şagirdlərə məlumat vermişdir. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, 20 Yanvar faciəsini özündə əks etdirən videofilm nümayiş olunmuşdur. Qiymətləndirmə komissiyasında məktəb-liseyin direktoru Almaz Bayramova, məktəb-liseyin Azərbaycan dili müəllimləri Təranə Allahverdiyeva, Mehri Quliyeva, kitabxana müdiri Xatirə Əliyeva iştirak etmişlər. Şeirlərin təqdimatından sonra şagirdlər qiymətləndirmə komissiyasının yekun rəyinə əsasən I,II,III yerlərə layiq görülmüşlər. Müsabiqənin keçirilməsində məqsəd 20 Yanvar şəhidlərinin xatirəsinin anılması , şagirdləri Azərbaycan tarixini dərindən öyrənməyə sövq etmək , vətənpərvərlik hissinin aşılanması olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi