20 Yanvara həsr olunan silsilə tədbirlər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 20 Yanvara həsr olunmuş tədbirlər keçirilib.

Belə ki, paytaxt məktəblərində 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə əlaqədar “Tariximizin şanlı səhifəsi”, “20 Yanvar-Azadlığa gedən yolun zirvəsi”, “Vətən şəhidləri heç vaxt unutmayacaq!”, “20 Yanvar sınağı: azərbaycançılıq  nümunəsi” və digər mövzularda konfrans, seminar, mühazirə və “Dəyirmi masa”lar, bədii qiraət gecələri təşkil edilib.

Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirlərdə tarixə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə geniş söhbət açılıb.

Qeyd olunub ki, 20 Yanvar hadisələri xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsinin təkcə ildönümlərində yox, hər zaman xatırlanması şagirdlərə tövsiyə edilib.

Şagirdlər 20 Yanvara həsr edilmiş şeirlər, bayatılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Təhsil müəssisələrində xalqımızın milli qürur günü ilə bağlı xüsusi dərslər, kitab, foto və rəsm sərgiləri, həmçinin pedaqoji kollektiv və şagirdlərin Şəhidlər xiyabanına ziyarəti təşkil olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi