Qida təhlükəsizliyi və sağlamlıq
13.01.2023 tarixində məktəb-liseyin ibtidai sinif şagirdləri ilə Qida Təhlükəsizliyi mövzusunda məlumat xarakterli sinif təşkilat saatları təşkil olundu. Şagirdlərə təhlükəli qidalar və onların zərəri barədə videoçarx nümayiş etdirildi, mövzu ilə bağlı ətraflı məlumat verildi. Şagirdlər öz fikirlərini irəli sürdülər. Sinif müəllimləri sağlam gələcəyin sağlam qidalanaraq təhlükəli qidalardan uzaq olmaqdan çox asılı olduğunu şagirdlərə izah etdilər.