Zəngəzur dünən, bu gün və sabah

Məktəb-liseydə "7-dən 17-yə vətənpərvər" layihəsi çərçivəsində tədbir keçirilib. 12.01.2023-cü il tarixdə "7-dən 17-yə vətənpərvər" layihəsi çərçivəsində "Zəngəzur dünən,bu gün və sabah" adlı tədbir keçirildi.Ölkə başçısı cənab İlham Əliyevin Zəngəzur dəhlizi haqqındakı fikirləri və Laçın - Şuşa yolundakı aksiyanı əks etdirən videofilmlər nümayiş etdirildi. Məktəb-liseyin  UBT rəhbəri Səyyarə Alıyeva Zəngəzurun tarixindən bəhs edən "Keçmişdən gələcəyə " adlı məruzə , məktəb-liseyin coğrafiya müəllimi İdris Abıyev " Zəngəzur dəhlizi və onun iqtisadi perspektivləri" mövzusunda təqdimatla çıxış etdilər. Məktəb-liseyin direktoru Almaz xanım Bayramovanın təklifi ilə tədbir şagirdlərin mövzu ətrafında diskussiyası ilə davam etdirildi. Sonda Almaz Bayramova tariximizi dərindən öyrənməyi, mövzu ilə bağlı yeni təkliflərlə çıxış etməyi şagirdlərə tövsiyə etdi. Tədbirin keçirilməsində məqsəd şagirdlərdə vətənpərvərlik hissinin yüksəldilməsi , Zəngəzur dəhlizinin açılmasının ölkə üçün əhəmiyyətini şagirdlərə çatdırmaq idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi