Şagirdimizin uğuru

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Qarabağı tanıt” mövzusunda təqdimat müsabiqəsi elan edilmişdi.  VIII-XI sinif şagirdləri arasında təşkil olunan müsabiqənin keçirilməsinin əsas məqsədi məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların işğaldan azad olunmuş ərazilərimiz haqqında məlumatlılıq səviyyəsinin artırılması, şagirdlərdə araşdırma, təhlil aparmaq bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda təhsil müəssisələrində Vətən Müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsi ilə əlaqədar maarifləndirici tədbirlərin görülməsindən ibarət idi. Bu müsabiqədə məktəb-liseyin 8A sinif şagirdi Fuad Atayev iştirak etmiş, uğur qazanaraq 3-cü yerin qalibi olmuşdur. Şagirdimizi təbrik edir, uğurlar diləyirik!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi