Həmrəy olaq

30 dekabr 2022-ci ildə məktəb-liseydə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə "Həmrəy olaq" adlı tədbir keçirildi. Tədbiri məktəb-liseyin ingilis dili müəllimləri Nüşabə Musayeva və Gülnarə Talıbova təşkil etmişdi. Tədbirin ən üstün cəhəti bu idiki, şagirdlər tədbir boyunca bütün məlumatları, təqdimatları ingilis dilində deyirdilər. Tədbirdə şagirdlər  Dünya Azərbaycanlılarının Həmrəy olması, Arazın o tayı, "Ekoloji terrora son deyək", jurnalistlərin, bloqerlərin müsahibəsi kimi maraqlı təqdimatlar hazırlamışdılar.  Şaxta baba və qar qızın gəlişi, şeirlər, mahnılar tədbiri daha da rəngarəng etdi. Sonda məktəb-liseyin direktoru Almaz xanım tədbirlə bağlı öz müsbət fikirlərini bildirdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi