e-Twinninq hesabatı tədbiri
Məktəb-liseydə "2021-2022-ci illər üzrə e-Twinninq hesabatı" adlı tədbirimizi keçirildi. Tədbirdə şagird və müəllimlərin müxtəlif layihələrdə iştirakı, onların həyata keçirdiyi fəaliyyətlər haqqında geniş məlumat verildi. Layihə iştirakçıları olan şagirdlər öz təəssüratlarını bölüşdülər. Tədbirdə məktəbimizin direktoru Almaz Bayramova, direktor müavini İradə Əliyeva və e-Twinninqə yeni qatılan müəllimlər iştirak edirdilər. Sonda şagirdlərimizə onların həmin layihələrdən qazandıqları "Milli Keyfiyyət Nişanları" sertifikatları təqdim edildi.