"Zəfər" birinci tarix olimpiadasının qalibi
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin VIII-X sinif şagirdləri arasında “Zəfər” məktəblilərarası I tarix olimpiadası təşkil edilmişdi. Olimpiadanın keçirilməsinin əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətən Müharibəsində qazanılmış qələbə və qəhrəman ordumuzun zəfər yolu barədə məktəbliləri məlumatlandırmaq, həmçinin istedadlı şagirdləri üzə çıxarmaqdan ibarətdir. Məktəb-liseyin 10Ç sinif şagirdi Ədalət Əliyev "Zəfər" məktəblərarası birinci tarix olimpiadasının qalibi olmuşdur. Şagirdimizi və tarix müəllimi Sevinc Allahverdiyevanı təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.