e-Twininq Regional Konfransı

19-21 dekabr tarixlərində Şamaxıda “eTwinning” layihəsi çərçivəsində üçgünlük regional konfrans keçirilib. Konfransın əsas məqsədi region müəllimləri üçün İKT-nin təhsilə tətbiqi, layihə əsaslı təhsil, beynəlxalq tərəfdaşların tapılması olub. Eyni zamanda müəllimlər üçün XXI əsr bacarıqlarını inkişaf etdirəcək müxtəlif təlim və müzakirələrin təşkili də konfransın gündəliyində öz əksini tapıb. Konfrans çərçivəsində uğurlu layihə modeli, layihənin platformada yaradılması və planlaşdırılması, mövzuların milli kurikuluma inteqrasiyası ilə bağlı müxtəlif təlim və müzakirələr təşkil olunub. Qeyd edək ki, Azərbaycanın 16 bölgəsindən 59 müəllimin iştirak etdiyi konfransın nəticəsi olaraq 26 ortaq dərs modeli yaradılıb. Konfransda məktəb-liseyi ingilis dili müəllimi Aybəniz Məmmədova təmsil etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi