BŞTİ-nin Keyfiyyətə Nəzarət sektorunun müdiri Anar Mustafazadə məktəb-liseydə

15.12.2022-ci il tarixində BŞTİ -nin Keyfiyyətə Nəzarət sektorunun müdiri Anar Mustafazadə H.Hüseynov adına 83 nömrəli məktəb-liseydə pedaqoji kollektivlə görüşmüşdür. Görüşün məqsədi tədris prosesinin təşkili zamanı müəllimlərdə çətinlik və sualllar yaradan məsələlərə aydınlıq gətirmək olmuşdur. Anar müəllim təlim məqsədinin və nəticəsinin fərqlərini, qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi, bu meyarlara uyğun formativ və refleksiya tapşırıqlarının qoyulması ilə bağlı incəlikləri aydın, səlis və sadə şəkildə izah etmiş, pedaqoji kollektivin dərslərinin keyfiyyətinin artırılmasına öz töhfəsini vermişdir. Kollektivimiz adından Anar Mustafazadəyə öz təşəkkürümüzü bildirir, fəaliyyətində uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi