Xalqın xilaskarı
12.12.2023 tarixində məktəb-liseydə müasir Azərbaycanın qurucusu və memarı ulu öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirildi. Tədbirdə tarix müəllimi Cəmilə Hacıyeva ulu öndərin siyasi və dövlət quruculuğunda çox şaxəli fəaliyyətinə həsr edilmiş məruzə ilə çıxış etdi. Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən video material nümayiş olundu. Sonda məktəbin direktoru Almaz Bayramova ümumilli lider Heydər Əliyevin zəngin həyat yolu və Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri haqqında çıxış edərək bildirdi ki, xalqımız onu tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyev adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir. Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur ,daim onu ehtiramla yad edir.