Təbiətin harayı

02.12.2022-ci ildə məktəb-liseyin biologiya müəllimi Kəmalə İslam və şagirdlərinin "Təbiəti qoruyanlar" layihəsi çərçivəsində "Təbiətin harayı" adlı təqdimatı baş tutub. Kiçik konfrans formatında həyata keçirilən təqdimatda ekoloji problemlər öz əksini tapmışdır. 7B sinif şagirdləri Abbasova Lalə ozon təbəqəsinin deşilməsi, Ağamirova Xədicə təbiətdə fosfor dövranında baş verən dəyişikliklər, 7C sinif şagirdi Əsgərli Mehriban biomüxtəlifliyin azalması barədə təqdimatlarla çıxış etdilər. Şagirdlər təbiətin harayına səbəb olan bu problemlərin səbəbləri, fəsadları və qarşısının alınması üçün görülən və görülə biləcək tədbirləri araşdırmış, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan tərəfindən istifadə olunan qadağan olunmuş fosfor bombasının təsirinə də toxundular. Bundan başqa təqdimat zamanı səs kirliliyi ilə bağlı şagird araşdırmaları, su ilə bağlı həyəcan doğuran məsələlər də öz əksini tapmışdır. Sonda şagirdlər tərəfindən hazırlanmış "Heyvanların dili olsa", "Yerin səsi" adlı videoçarxlar nümayiş etdirilmiş, şagirdlərin planetimizin təbiətinin qorunması üçün maariflənmənin, təhsilin əhəmiyyəti xüsusi vurğulanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi