7-ci sinifdə rəqəmsal summativ qiymətləndirmə

Cari tədris ilində ümumtəhsil məktəblərində kiçik summativ qiymətləndirmələrin rəqəmsal təşkilinə başlanılıb. Bu məqsədlə məktəb-liseyin 7B texniki təmayüllü lisey sinfində riyaziyyat fənnindən rəqəmsal KSQ təşkil olundu. Kiçik summativ qiymətləndirmə Microsoft TEAMS proqramı vasitəsilə aparıldı. Məktəbdaxili rəqəmsal qiymətləndirmə şagirdlərin rəqəmsal bilik və bacarıqlarının artırılmasında, qiymətləndirmə vasitələrinin hazırlanmasında və yoxlanılmasında vaxta qənaət, texnologiyanın təklif etdiyi yeni məzmun və formalı qiymətləndirmə üsullarından istifadə və kağız sərfiyyatının minimuma endirilməsi məqsədilə həyata keçirilir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi