6-cı siniflərdə rəqəmsal monitorinq

29.11.2022 -ci il tarixində məktəb-liseyin VI siniflərində riyaziyyat fənnindən rəqəmsal monitorinq təşkil olundu. Monitorinq Microsoft TEAMS proqramı vasitəsilə aparıldı. Sualların tərtib olunması və qiymətləndirmə prosesi fənn müəllimləri tərəfindən həyata keçirildi. Şagirdlər nəticələri barədə yerində məlumat əldə edə bildilər.