Mədəniyyətimizi tanıdaq

Məktəb-liseyin fəaliyyət planına əsasən noyabr ayı məktəb-liseydə "Musiqi, təsviri incəsənət " fənn aylığı kimi keçirildi. Bu məqsədlə məktəbin musiqi müəllimi Aytən Məmmədova və təsviri incəsənət müəllimi Vəfa Şahverdiyeva 7C və 7D sinif şagirdləri ilə birlikdə "Mədəniyyətimizi tanıdaq" adlı ekskursiya təşkil etdilər. Şagirdlər görkəmli bəstəkar Ü.Hacıbəyliinin ev muzeyində oldular. Dahi bəstəkarın ev muzeyində olan şəxsi əşyaları, musiqi not nümunələri ilə tanış oldular. Daha sonra Xalça muzeyində olan şagirdlər Azərbaycan və Qarabağ xalçaçılıq sənətinin incəlikləri ilə tanış olub, qədim xalça nümunələrini yaxından gördülər. Bu ekskursiya şagirdlərin böyük marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi